Mayın 3-dək ictimai nəqliyyat işləməyəcək

   Mayın 3-dək ictimai nəqliyyat işləməyəcək
  01 May 2021    Oxunub:3073
Bu gündən mayın 3-ü saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Azvision.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, Azərbaycanda həftəsonları ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Bununla əlaqədar olaraq 1 may saat 00:00-dan 3 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

Azvision.az


Teqlər: Nəqliyyat   Avtobus  





Xəbər lenti