Koronavirusa yoluxanların sayı 152 milyonu ötdü

 Koronavirusa yoluxanların sayı 152 milyonu ötdü
  01 May 2021    Oxunub:2596
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 152 milyon 27 min 559 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 193 min 961 nəfərdir. İndiyədək 129 milyon 312 min 98 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 33 103 974 nəfər virusa yoluxub, 590 055 pasiyent dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 19 164 969 nəfərdə virus aşkar edilib. Xəstələrdən 211 863 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 14 665 962 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 404 287 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 616 689 yoluxma, 104 514 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 4 820 591 nəfər virusa yoluxub ki, onlardan 40 131-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti