Türkiyəli nazir Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verdi

 Türkiyəli nazir Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verdi
  01 May 2021    Oxunub:3042
"Azərbaycanın gənclər və idman naziri, dostum Azad Rəhimovun vəfatı xəbərini üzüntü ilə öyrəndim".
Azvision.az xəbər veri ki, bunu Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu Tvitter səhifəsində yazıb.

"Cənab Rəhimov ölkələrimiz arasındakı əlaqələrin inkişafına hər zaman töhfə verib. Dəyərli qardaşıma Allahdan rəhmət, ailəsinə səbr diləyirəm. Azərbaycanın və ölkəmizin başı sağ olsun".

Qeyd edək ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Azvision.az


Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti