Ermənistanda rəhbər şəxsləri güllələdilər

 Ermənistanda rəhbər şəxsləri güllələdilər
  01 May 2021    Oxunub:2711
Ermənistanda silahlı insident olub. Hadisə gecə saatlarında baş verib.
Azvision.az xəbər verir ki, "Erebuni" tibb mərkəzindən polis bölməsinə üç nəfərin güllə yarası, bir nəfərin isə bıçaq xəsarəti alması barədə məlumat daxil olub.

Xəsarət alan şəxslər xəstəxanaya qəbiristanlığın yaxınlığından gətirilib.

Hadisə ilə əlaqədar tibb mərkəzinə xeyli sayda müstəntiq və polis əməkdaşı gəlib. İrəvanın polis rəisi Sevan Koçaryan da "Erebuni"də olub.

Erməni KİV-lərinin yaydığı məlumata görə, güllələnən şəxslər arasında Şenqavit və Malatiya inzibati bölgələrinin rəhbərləri də var. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində avtomat, tapança, gilizlər və qan izləri aşkarlayıb.

Silahlı insidentin detalları hələlik məlum deyil.

Tural Tağıyev
Azvision.az


Teqlər: Erebuni   Atışma   Yaralı  





Xəbər lenti