Almaniya bir gündə 18 min yoluxma qeydə alınıb

Almaniya bir gündə 18 min yoluxma qeydə alınıb
  01 May 2021    Oxunub:2361
Almaniyada sutka ərzində koronavirusa yoluxanların sayı 18 935 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Son sutkada 232 nəfər virusun qurbanı olub. Bir gün əvvəl isə 24.329 yeni yoluxma halı, 306 ölüm faktı qeydə alınmışdı.

Epidemiyanın başlanmasından bu günədək Almaniyada 3 400 532 nəfər koronavirusa yoluxub, 83 082 xəstə ölüb. Ümumilikdə isə təxminən üç milyon insan sağalıb. Hazırda Almaniyada pandemiyanın üçüncü dalğası yaşanır.

Tural Tağıyev
Azvision.az


Teqlər: Almaniya   Koronavirus  





Xəbər lenti