Türk Şurası Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verdi

Türk Şurası Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verdi
  01 May 2021    Oxunub:2705
Türk Şurası Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə Türk Şurasının "Twitter" hesabında paylaşım edilib.

"Türk Şurası daxilində gənclər və idman sahəsində əməkdaşlığın inkişafına böyük töhfələr vermiş gənclər və idman naziri, dəyərli insan Azad Rəhimovun vəfatından kədərləndiyimizi bildiririk. Allahdan ona rəhmət diləyir, ailəsinə və Azərbaycan hökumətinə başsağlığı veririk", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Azvision.az


Teqlər: Azad-Rəhimov   Türk-Şurası  





Xəbər lenti