Hindistanda gündəlik yoluxma 400 mini keçdi

Hindistanda gündəlik yoluxma 400 mini keçdi
  01 May 2021    Oxunub:1658
Hindistanda koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, ölkədə gündəlik yoluxmaların sayı 401.993 nəfər təşkil edib, 3523 nəfər isə dünyasını dəyişib.

Hindistan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, bu rəqəmlər pandemiya başlayandan bəri ən yüksək göstəricidir. Artıq on gündür ki, sutka ərzində virusa yoluxanların sayı 300 min nəfəri keçir.

Qeyd edək ki, Hindistan dünyada koronavirusa yoluxan xəstələrin sayına görə ikinci yerdə gedir. Səhiyyə Nazirliyinin son statistikasına əsasən, ölkədə 19,1 milyondan çox COVID-19 xəstəsi aşkarlanıb. 15,6 milyondan çox pasiyent sağalıb, 211 min nəfər ölüb.

Hindistanda rekord artımlar fevralın ortalarından başlayaraq yüksələn xətt üzrə davam edib. İndiyədək 154 milyon hindistanlı peyvənd olunub. Son sutkada 2,7 milyon nəfər vaksinasiyadan keçib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Hindistan   Yoluxma   Pandemiya   Rekord  





Xəbər lenti