Azad Rəhimov harada dəfn olunacaq?

 Azad Rəhimov harada dəfn olunacaq?
  01 May 2021    Oxunub:7142
Ötən gün vəfat edən gənclər və idman naziri Azad Rəhimovla vida mərasimi çox məhdud sayda, əsasən ailə üzvlərinin iştirakı ilə keçiriləcək.

Bu barədə Azvision.az -a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.
"Dəfn mərasiminin harada və nə vaxt olacağı dəqiq bilinmir. Çox güman ki, mərhum Azad Rəhimov ictimai xadim olduğu üçün mərasim dövlət səviyyəsində təşkil olunacaq. Bu barədə məlumat olanda ictimaiyyətə bildiriləcək", - deyə nazirlik rəsmisi vurğulayıb.

Qeyd edək ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Azad-Rəhimov  





Xəbər lenti