AZAL iyundan Londona uçuşlara başlayacaq

AZAL iyundan Londona uçuşlara başlayacaq
  01 May 2021    Oxunub:2768
"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərinin yerinə yetirilməsinin başlanma tarixi iyun ayının əvvəlinə keçirilir.
Aviaşirkətdən Azvision.az -a bildirilib ki, bu, qeyd edilən istiqamətdə uçuşlara tələbatın aşağı səviyyədə olması ilə əlaqədardır.

Daha əvvəl bu istiqamətdə uçuşların may ayından etibarən başlanması nəzərdə tutulmuşdu.

Həmin reyslərə aviabiletlər alan sərnişinlər aviabiletləri başqa tarixə dəyişə və ya cərimə tətbiq edilmədən geri qaytara bilər.

Aviabiletlər “www.azal.az” saytında onlayn alındığı təqdirdə “[email protected]” elektron poçtu vasitəsilə aviaşirkətin Çağrı mərkəzinə, yaxud aviabiletin alındığı kassaya müraciət etmənizi xahiş edirik.

Azvision.az


Teqlər: Azal  





Xəbər lenti