“Yeddi gözəl”imiz Türkiyəni heyran etdi
Layihənin fəxri qonaqları içərisində İzmirdə fəaliyyət göstərən Azərbaycanlı ziyalılar da olub.
- Yeddi gözəl" baletini Bakıda dəfələrlə seyr etmişəm. 2019-cu ildə "Dokuz Eylül" universitetinin professorlarından ibarət nümayəndə heyəti ilə birlikdə bu quruluşa tamaşa etmişdim, o zaman qonaqlar tamaşanın musiqisi, kostyum və dekorasiyalara heyran olduqlarını bildirmişdilər. Bu gün bir daha böyük məmnuniyyətlə tamaşanı seyr edəcəyəm,- deyə "Dokuz Eylül" universitetinin professoru Gülmira Kuruoğlu bildirib.
Onlayn nümayişdən əvvəl balet tamaşasının quruluşçu baletmeysteri, Estoniyanın Əməkdar artisti, YUNESKO yanında Rəqs Şurasının üzvü, xoreoqraf Vasili Medvedyev video formatda iştirakçıları salamlayaraq bildirdi ki, "Yeddi gözəl" baleti onun yaradıcılığında xüsusi bir yer tutur, bu tamaşa ona dahi bəstəkar Qara Qarayevin musiqisi ilə çalışmaq və onun qızı, İstanbul konservatoriyasının professoru Züleyxa Bağırova, dirijor Elşad Bağırov, rəssamlar Dmitri Çerbadji və Tahir Tahirovla tanışlıq imkanı verdi.
Y.Temiz Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı binasının tarixi, Nizaminin "Yeddi gözəl" baleti haqqında tədbir iştirakçılarına söhbət açmış, tamaşanın səhnəyə qoyulması haqqında xatirələrini bölüşüb.
Tədbirin iştirakçıları yaxın gələcəkdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının daha bir quruluşunu - "Qoyya" baletinin onlyan nümayişini təşkil edəcəklər.
Teqlər: Balet