Gürcüstan Rusiyadan Ermənistana göndərilən hərbi yardımı geri qaytardı

Gürcüstan Rusiyadan Ermənistana göndərilən hərbi yardımı geri qaytardı
  01 May 2021    Oxunub:8752
Rusiyadan İrəvana “humanitar yardım” adı altında göndərilən hərbi yüklər Gürcüstandan geri qaytarılıb.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

“Rusiyadan Ermənistana göndərilən 4000-ə yaxın güllə keçirməyən jiletlərdən xəbər var. Yüklər xeyli müddət Rusiya-Gürcüstan sərhədində qaldıqdan sonra Moskvaya geri qaytarılıb. Ermənistanın Gürcüstandakı səfirliyi danışıqların davam etdiyini və məsələnin həll yolunun tapılacağına əminliyini ifadə edib. Faktiki olaraq hərbi yük məsələsi həll olunmadı. Ermənistan hökuməti bu gün "humanitar yardım"ın ölkəyə daxil olmasını belə təmin edə bilmir. 44 günlük müharibə zamanı yüzlərlə əsgərimizin bədəni zirehli geyimlərin olmaması səbəbindən cansız hala gətirildi", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, bu yaxınlarda Gürcüstanın Rusiyadan humanitar yardım adı altında göndərilən hərbi yükü Ermənistana buraxmaması barədə videogörüntülər yayılmışdı. Belə ki, gömrükdə saxlanılan iki yük avtomobilində güllə keçirməyən gödəkçələr aşkarlanıb.

Məlumata görə, yük maşınları martın 5-də Moskvadan yola salınıb, martın 28-də gürcü sərhədçilər onların hərəkətini dayandırıb və sənədləri alınıb. Avtomobillər bir aya yaxın müddət ərzində Rusiya-Gürcüstan sərhədindəki nəzarət-buraxılış məntəqəsi yaxınlığında neytral zonada saxlanılıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Gürcüstan   Gömrük   Yük  





Xəbər lenti