Ermənilər və yunanlar “Bayraktar” PUA-larını axtarır

 Ermənilər və yunanlar “Bayraktar” PUA-larını axtarır
  01 May 2021    Oxunub:18659
Son bir il ərzində Ermənistan əhalisi “Google” platformasında ən çox Türkiyənin silahlı pilotsuz uçuş aparatı Bayraktar TB2 ilə bağlı axtarış aparıb.
Azvision.az xəbər verir ki, Azərbaycanın Qarabağdakı qələbəsindən sonra dünyada Bayraktar PUA-larına maraq artıb.

“Google” vasitəsilə Bayraktar TB2 barədə minlərlə axtarış aparılıb. Bayraktar PUA-ları ilə bağlı axtarış siyahısında birinci sırada Ermənistan gəlir. Eyni zamanda, Bayraktar TB2 barədə ən çox axtarış aparan ölkələrdən biri də Yunanıstandır.

Azərbaycan ilə Ermənistan arasında müharibənin davam etdiyi 4-10 noyabr tarixlərində Bayraktar TB2-nin axtarışı pikk həddə çatıb.

Qeyd edək ki, Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində Bayraktar PUA-larından istifadə edib.

Aytən Zəhra
Azvision.az



Teqlər: BayraktarTB2  





Xəbər lenti