Erməni məmur silahlı insidenti ört-basdır edir

 Erməni məmur silahlı insidenti ört-basdır edir
  01 May 2021    Oxunub:3740
Ermənistanın Şenqavit inzibati ərazi dairəsinin başçısı Razmik Mkrtçyan İrəvanda baş verən və onun adının da hallandığı silahlı insident barədə məlumat yayıb.
Azvision.az xəbər verir ki, erməni məmur dünən gecə saatlarında İrəvandakı qəbiristanlığın ("Toxmax" qəbiristanlığı-red.) yaxınlığında cinayət hadisəsi baş verən vaxt həmin ərazidən keçdiyini bildirib:

"Cinayət hadisəsi baş vermişdi. Zərər çəkmişlərdən birini Malatiya rayonunun başçısı David Karapetyanla xəstəxanaya apardıq. Məsələnin izahatı belədir. Dünən David Karapetyanla iş görüşməsindən sonra onun avtomobili ilə gedirdik. Vəziyyəti yaxşı olmayan və görünüşündən təcili yardıma ehtiyacı olan bir nəfər yol qırağında dayanmışdı. Vətəndaş yaralandığını və həyatını xilas etməyimizi xahiş etdi. Təbii olaraq onu ən yaxın xəstəxanaya apardıq. Vətəndaşın həyatı üçün təhlükə qalmadığına və tezliklə sağlamlığına qovuşacağına ümid edirəm".

Qeyd edək ki, erməni KİV-ləri bu açıqlamanın ciddi şübhələr doğurduğunu yazırlar. Bildirilir ki, iki rəhbər şəxsin dırnaqarası təsadüf nəticəsində belə ciddi silahlı insidentin baş verdiyi ərazidə peyda olması inandırıcı görünmür. Ən əsası gecə 1-dən sonra heç bir iş görüşməsi və ya hansısa rəsmi şəxslərin avtomobildə təmasda olması inandırıcı səslənmir.

"Yəqin ki, bu növbəti müəmmalı və izahatı belə dolaşıq olan ciddi siyasi qalmaqaldır. Söhbət ortada ciddi atışmanın olduğunu sübut edən silahların qalmasından və yaralılardan gedir"-, deyə erməni mediası yazıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   İnsident  





Xəbər lenti