KTMT-dan Tacikistan və Qırğızıstana yardım təklifi

 KTMT-dan Tacikistan və Qırğızıstana yardım təklifi
  01 May 2021    Oxunub:2555
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Tacikistan və Qırğızıstana sərhəddə yaranmış problemin həlli ilə bağlı təşkilatın yardımını təklif edib.
Azvision.az xəbər verir ki, KTMT rəhbəri problemin güc yolu ilə həllinə tərəfdar olmadığını bildirib:

"Münaqişə danışıqlar masasında sülh yolu ilə həll edilməlidir. Qırğızıstan və Tacikistan KTMT-yə müraciət edərlərsə, təşkilat münaqişənin həlli üçün lazımi köməyi göstərməyə hazırdır. İmkan vermək olmaz ki, insanların ölümü və xəsarət almasının davamı gəlsin".

Təşkilatın baş katibi hər iki tərəfdən vəfat etmiş insanların ailələrinə və yaxınlarına başsağlığı verib.

"Əminəm ki, hər iki dövlətin rəhbərliyi Tacikistan-Qırğızıstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı dövlətlərarası danışıqlar prosesi çərçivəsində bu çətin sərhəd problemini həll etmək üçün kifayət qədər müdrikliyə və qətiyyətə sahibdir"-, deyə o bildirib.

Tural Tağıyev
Azvision.az


Teqlər: KTMT  





Xəbər lenti