Rusiya səfiri İsveç XİN-ə çağırıldı

Rusiya səfiri İsveç XİN-ə çağırıldı
  01 May 2021    Oxunub:2666
Rusiyanın İsveçdəki səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Buna səbəb Moskvanın Avropa İttifaqını təmsil edən bəzi məmurlara qarşı sanksiya tətbiq etməsidir.

Qeyd edək ki, rəsmi Moskva Avropa İttifaqının Rusiya vətəndaşlarına tətbiq etdiyi sanksiyaya cavab olaraq, səkkiz Aİ rəsmisinin ölkəyə daxil olmasına qadağa qoyub.

Rusiyaya səfəri qadağan olunan şəxslərin arasında Avropa Komissiyasının dəyərlər və şəffaflıq üzrə vitse-prezidenti Vera Jurova, Avropa Parlamentinin prezidenti Deyvid Sassoli və Avropa Şurasının Parlament Assambleyasında Fransanın nümayəndə heyətinin üzvü Jak Meir də var.

Tural Tağıyev
Azvision.az


Teqlər: Səfir   İsveç  





Xəbər lenti