Türkiyə səfiri Azad Rəhimovdan yazdı

Türkiyə səfiri Azad Rəhimovdan yazdı
  01 May 2021    Oxunub:3397
Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağcı gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı paylaşım edib.
Azvision.az xəbər verir ki, səfirin Tvitter paylaşımında deyilir:

“Azərbaycanın gənclər və idman naziri, dəyərli qardaşımız Azad Rəhimov uzun müddətdir müalicə olunduğu xəstəxanda vəfat edib. Azad bəyə Allahdan rəhmət, ailəsinə, yaxınlarına, dostları və nazirlik əməkdaşları olmaqla, bütün iş yoldaşlarına səbr və başsağlığı diləyirəm. Ruhu şad, məkanı cənnət olsun”.

Qeyd edək ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Azvision.az


Teqlər: Türkiyə   Səfir   Azad-Rəhimov  





Xəbər lenti