İranda koronavirusdan ölüm sayı 72 mini ötdü

İranda koronavirusdan ölüm sayı 72 mini ötdü
  01 May 2021    Oxunub:7358
İranda son sutka ərzində 332 nəfər koronavirusdan vəfat edib.
Azvision.az xəbər verir ki, bunu ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, İranda indiyədək 72 090 nəfər pandemiyanın qurbanı olub.

Bundan əlavə, son sutkada 17 080 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Beləliklə, yoluxma hallarının ümumi sayı 2 516 157-yə yüksəlib.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti