Ermənistanda virusdan ölənlərin sayı 4139-a çatdı

Ermənistanda virusdan ölənlərin sayı 4139-a çatdı
  02 May 2021    Oxunub:2684
Ermənistanda son sutka ərzində daha 267 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 216 863 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 11 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4139-a yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1020 nəfərdir. Aktiv xəstələrin sayı 11 945 nəfər təşkil edir.

Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti