Rusiyada bir gündə 342 nəfər virusdan öldü

 Rusiyada bir gündə 342 nəfər virusdan öldü
  02 May 2021    Oxunub:3265
Rusiyada son sutka ərzində koronavirusa 8697 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 823 255 nəfərə çatıb.

Rusiyada son bir gündə 342 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 110 862 nəfərdir. İndiyədək 4 443 922 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti