İranda kimyəvi zavodda partlayış olub

 İranda kimyəvi zavodda partlayış olub
  02 May 2021    Oxunub:3137
İranın Qum şəhərində kimyəvi zavodda partlayışla nəticələnən yanğın baş verib.
Azvision.az xəbər verir ki, bu barədə vilayət yanğınsöndürmə idarəsinin sözçüsü Həmid Kureimi bildirib.

Onun sözlərinə görə, yanğın Moldan kimya zavodunda yerli vaxtla saat 06:02 radələrində başlayıb. Alov sürətlə yayılıb və bir neçə partlayışın baş verməsinə səbəb olub. Hadisə yerinə 150 yanğınsöndürən və 20 texnika cəlb olunub. Zavodun bir hissəsi boşaldılıb.

Həmid Kureimi qeyd edib ki, hadisə nəticəsində iki yanğınsöndürən ağır xəsarət alıb, iki avtomobilə ziyan dəyib. Yanğın lokallaşdırılıb və alovun digər anbarlara keçməsinin qarşısı alınıb.

Azvision.az


Teqlər: Yanğın   İran   Partlayış  





Xəbər lenti