Çilidə güclü zəlzələ oldu

Çilidə güclü zəlzələ oldu
  02 May 2021    Oxunub:3653
Çilidə 5,8 bal gücündə zəlzələ baş verib.
Azvision.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Geoloji Xidmətinin yaydığı məlumata görə, zəlzələnin episentri Kokimbo şəhərinin 31 km cənub-qərbində yerləşib. Yeraltı təkanlar 30,7 km dərinlikdə qeydə alınıb.

İlkin məlumata əsasən, zəlzələ nəticəsində itki olmayıb.

Azvision.az



Teqlər: Çili   Zəlzələ  





Xəbər lenti