Malayziyada koronavirusun yeni növü tapıldı

Malayziyada koronavirusun yeni növü tapıldı
  02 May 2021    Oxunub:2432
Malayziyada koronavirusun ilk dəfə Hindistanda aşkar edilmiş B1617 növünə rast gəlinib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Adham Baba bildirib.

Məlumata görə, yeni ştamm Kuala Lumpur hava limanında test zamanı Hindistan vətəndaşında müəyyən edilib.

"Biz əhalini təmkinli olmağa çağırırıq. Mütəxəssislər yoluxanların potensial ünsiyyət dairəsini aşkar etmək üçün hər cür səy göstərəcəklər",- deyə nazir əlavə edib.

Xatırladaq ki, Malayziya hökuməti 28 aprel tarixindən etibarən koronavirusun yayılması ilə bağlı vəziyyətin kəskin pisləşməsi fonunda Hindistanla nəqliyyat əlaqələrini tamamilə dayandırıb. Ölkədə iniyə qədər 415 mindən çox yoluxma halı qeydə alınıb, 1,5 mindən çox xəstə ölüb.

Azvision.az


Teqlər: Malayziya   Koronavirus  





Xəbər lenti