“Taliban” daha 3 polisi öldürdü, ikisini yaraladı

“Taliban” daha 3 polisi öldürdü, ikisini yaraladı
  02 May 2021    Oxunub:2492
"Taliban" döyüşçüləri Əfqanıstanın cənubunda yerləşən Zabul vilayətində polis bölməsinə hücum edərək üç polis əməkdaşını öldürüb, ikisini yaralayıblar.
Azvision.az xəbər verir ki, bu barədə yerli jurnalistlərə Zabul regional şurasının rəhbəri Ata Can Hakbayan bildirib.

Onun sözlərinə görə, "Taliban"çılar Qalat şəhərindəki polis mərkəzinə silahlı hücum ediblər. Hücumdan sonra atışma başlayıb və hər iki tərəf itki verib.

"Taliban" hərəkatı baş verənlərlə bağlı açıqlama yaymayıb.

Azvision.az



Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti