İran və ABŞ məhbus mübadiləsi edəcək

 İran və ABŞ məhbus mübadiləsi edəcək
  02 May 2021    Oxunub:2569
İran casusluqda günahlandırılan dörd ABŞ vətəndaşını ölkələr arasında məhbus mübadiləsi çərçivəsində təhvil verəcək.
Azvision.az xəbər verir ki, bu barədə Livanın əl-Mayadeen telekanalı məlumat yayıb.

“Vaşinqton dörd İranlı məhbusu sərbəst buraxacaq. Bunun müqabilində İran ABŞ kəşfiyyatının mənafeyi naminə casusluqda ittiham olunan dörd amerikalını təhvil verəcək”, - deyə kanal İran mənbələrinə istinadən bildirib.

Qeyd edək ki, bundan əvvəl Vaşinqtonun İranı Birgə Hərtərəfli Fəaliyyət Planına uyğunlaşmağa məcbur etmək üçün Tehrana qarşı bəzi sanksiyaları ləğv etməyə hazır olduğu barədə xəbər verilib.

Azvision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti