Saakaşvili də dindirilə bilər

Baş prokurorun sözlərinə görə, heç bir səlahiyyətli şəxs şahid qismində dindirilmək üçün çağırılarsa buna etiraz edə bilməz.
Xatırladaq ki, bir müddət öncə prezident Saakaşvili mətbuata açıqlamasında Gürcüstanın prezidentin sorğuya çəkildiyi ölkələrdən olmasını istəmədiyini deyib və dolayı yolla sorğuya çağırılacağı təqdirdə gəlməyəcəyini bildirib.