`Həmas` Misirdə ləğv olundu

`Həmas` Misirdə ləğv olundu
  05 Mart 2014    Oxunub:1098
Misir ərazisində “Həmas” qruplaşmasının fəaliyyəti qadağan edilib.
Qahirənin Təxirəsalınmaz işlər üzrə məhkəməsi “Həmas” qruplaşmasının Misir ərazisində fəaliyyətini qadağan etmək, habelə qruplaşmanın bütün ofislərini və mənzil-qərargahını müsadirə etmək barədə qərar qəbul edib.

Bununla bərabər, Misirdə “Həmas” hərəkatının bəzi üzvləri barəsində ölkənin sabiq prezidenti Məhəmməd Mursinin 2011-ci ilin əvvəlində həbsxanadan qaçmasının təşkil edilməsi ittihamı üzrə cinayət işi qaldırılıb. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Misir hüquq mühafizəçilərinin fikrincə, 2011-ci ilin yanvar-fevral hadisələrində polis məntəqələrinə, həbsxanalara hücumlarda və digər cinayətlərdə də “Həmas”ın əli var.


Teqlər:





Xəbər lenti