Zərif Süleymani ilə bağlı sözlərinə görə üzr istədi

Zərif Süleymani ilə bağlı sözlərinə görə üzr istədi
  03 May 2021    Oxunub:3134
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iqtisadçı Səid Lilyazla söhbət zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı qüvvələrinin keçmiş komandanı general Qasım Süleymani barədə səsləndirdiyi fikirlərə görə üzr istəyib.
Azvision.az xəbər verir ki, bu barədə İranın “Mehr” informasiya agentliyi məlumat yayıb.

Qeyd edək ki, mart ayında Zərif Lilyazla söhbətində bir il əvvəl İraqda ABŞ-ın hava hücumu nəticəsində həlak olan general Qasım Süleymaninin Tehranın xarici siyasətində rəsmi Moskva ilə danışıqlarda mühüm rol oynadığını demişdi. Onun bu sözləri birmənalı qarşılanmayıb.

Azvision.az


Teqlər: İran   Zərif  





Xəbər lenti