ABŞ-da gəmi batıb, ölənlər var

ABŞ-da gəmi batıb, ölənlər var
  03 May 2021    Oxunub:2245
ABŞ-da San-Dieqo sahillərində gəminin batması nəticəsində iki nəfər həlak olub. Xilas edilən 23 nəfər xəstəxanaya yerləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə CNN telekanalı yerli xilasetmə xidmətinə istinadla məlumat yayıb.

Məlumata görə, çevrilən gəminin göyərtəsindəki 25 nəfər sudan çıxarılıb. Onlardan ikisi həyatını itirib. Xəsarət alanların həyatı üçün təhlükə olmadığı bildirilir.

Qəzanın səbəbləri barədə hələlik məlumat verilmir.

Azvision.az


Teqlər: ABŞ   Gəmi  





Xəbər lenti