Bir gündə 12 mindən çox insan virusun qurbanı oldu

 Bir gündə 12 mindən çox insan virusun qurbanı oldu
  03 May 2021    Oxunub:2580
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 153 milyon 498 min 53 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 216 min 383 nəfərdir. İndiyədək 130 milyon 833 min 944 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatına əsasən, ötən sutkada 808 563 insanda COVID-19 aşkarlanıb, virusa yoluxmuş 12 870 nəfər həyatını itirib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 33 180 441 nəfər virusa yoluxub, 591 062 pasiyent dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 19 925 604 nəfərdə virus aşkar edilib. Xəstələrdən 218 959 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 14 754 910 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 407 775 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 652 247 yoluxma, 104 819 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 4 875 388 nəfər virusa yoluxub ki, onlardan 40 844-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti