Qırğızıstan və Tacikistan qüvvələrini sərhəddən çıxardı

Qırğızıstan və Tacikistan qüvvələrini sərhəddən çıxardı
  03 May 2021    Oxunub:1872
Qırğızıstan və Tacikistan hərbi qüvvələrin dövlət sərhəd xəttindən çıxarılmasını başa çatdırıb.
Azvision.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

Hazırda Qırğızıstan-Tacikistan sərhədində və yaxın rayonlarda vəziyyət sabitdir. Tərəflər əlavə qüvvə və vasitələrin dövlət sərhəd xəttindən öz ərazilərinə qədər çıxarılmasını başa çatdırıblar. Ötən gecə ərzində qarşıdurma və atışma qeydə alınmayıb.

Xatırladaq ki, aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhəd bölgələrinin yerli sakinləri arasında başlayan qarşıdurmaya iki ölkənin hərbçiləri müdaxilə ediblər. Sərhədçilər arasında atışma altı saatdan çox davam edib. Hər iki tərəfdən təxminən 40 nəfər ölüb, 200-dən çox insan yaralanıb.

Aprelin 29-u axşam saatlarında tərəflər atəşkəs və qüvvələrin sərhəddən çıxarılması barədə razılığa gəlsələr də, ertəsi gün atışma yenidən başlayıb. Növbəti atəşkəs aprelin 30-da bağlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tacikistan   Qırğızıstan  





Xəbər lenti