Ermənistanda yoluxma sayı 217 mini ötdü

 Ermənistanda yoluxma sayı 217 mini ötdü
  03 May 2021    Oxunub:1823
Ermənistanda son sutka ərzində daha 267 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 217 008 nəfərə çatıb. Ermənistanda koronavirusdan bir gündə 10 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4149-a yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1026 nəfərdir. Aktiv xəstələrin sayı 11 361 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti