Paşinyanın baş nazir postuna namizədliyi irəli sürüldü
"Mənim addımım" fraksiyasının rəhbəri Lilit Makunts bildirib ki, Paşinyanın Ermənistan prezidenti, "Çiçəklənən Ermənistan" və "Parlaq Ermənistan" partiyalarının liderləri ilə danışıqları zamanı tərəflər seçkilərin iyunun 20-də keçirilməsinə razı olublar.
Onun sözlərinə görə, qanunvericilik bunun üçün yalnız bir imkan verir - parlament baş naziri iki dəfə seçməməlidir. "Mənim addımım" bloku məhz bu məqsədlə Nikol Paşinyanın namizədliyini irəli sürüb.
18 martda baş nazir Nikol Paşinyan Ermənistanda 20 iyun tarixində erkən parlament seçkilərinin keçiriləcəyini bildirib. Paşinyan 25 apreldə istefasını elan edib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: NikolPaşinyan Ermənistan