Rusiyada virusdan ölənlərin sayı 111 mini ötdü

Rusiyada virusdan ölənlərin sayı 111 mini ötdü
  03 May 2021    Oxunub:2518
Rusiyada son sutka ərzində koronavirusa 8489 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 606 162 nəfərə çatıb.

Rusiyada son bir gündə 336 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 111 198 nəfərdir. İndiyədək 4 450 289 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti