Ermənistanda Rusiya hərbi bazasının iki məntəqəsi yaradıldı

 Ermənistanda Rusiya hərbi bazasının iki məntəqəsi yaradıldı
  03 May 2021    Oxunub:2282
Ermənistanın cənubunda 102-ci Rusiya hərbi bazasının iki dəstək məntəqəsi yaradılıb.
Azvision.az xəbər verir ki, bu barədə baş nazir vəzifəsini icra edən Nikol Paşinyan bildirib.

"102-ci Rusiya hərbi bazasının Sünik bölgəsində (Zəngəzur -red.) iki dəstək məntəqəsi yaradılıb. Bu, yalnız Sünikin deyil, Ermənistanın da təhlükəsizliyini təmin etmək üçün əlavə bir zəmanətdir", - Paşinyan vurğulayıb.

Xatırladaq ki, aprel ayında Paşinyan Ermənistan və Rusiyanın 102-ci hərbi bazanın ölkənin cənubunda yeni məntəqəsinin yaradılması barədə imkanların müzakirə olunduğunu bildirmişdir. O, ölkəsinin xarici təhlükəsizliyinin təmin edilməsinin əsasını Ermənistan-Rusiya hərbi ittifaqı təşkil etdiyini deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti