“Azərbaycan Qarabağa investisiya cəlb edir, biz isə boş şüarlar səsləndiririk” - Xaçatryan
“Azərbaycanda baş verən son hadisələrin izləyirsinizmi? Görürsünüzmü ki, onlar Qarabağ ərazilərində hansı layihələri reallaşdırmağa çalışırlar? Xüsusən də bunu Türkiyə, Çin, İtaliya, İsrail və digər ölkələrdən investisiya axınları gətirməklə edirlər. Bu ərazilərdə nələr tikilir, hansı yeni infrastruktur layihələri inkişaf etdirilir, yeni nəqliyyat istiqamətlərinin yaradılması üçün hansı təşəbbüslər edilir, hansı yeni regional layihələrə cəlb olunduqlarına baxın. Bəs siz bizim boş şüarımızı da gördünüzmü- “Ermənistanın gələcəyi var”.
Qeyd edək ki, Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bu günlərdə xalqa ünvanladığı müraciətdə ölkəsinin gələcəyinin parlaq olacağını bəyan etmişdi.
Tural Tağıyev
Azvision.az
Teqlər: Qarabağ İnvestisiya Şüar