Parlament Paşinyanı baş nazir seçmədi

 Parlament Paşinyanı baş nazir seçmədi
  03 May 2021    Oxunub:3538
Ermənistan parlamenti bu gün keçirilən xüsusi iclasında Nikol Paşinyanın respublikanın baş naziri vəzifəsinə namizədliyinin lehinə səs verməyib.
Azvision.az erməni KİV-lərə istinadla xəbər verir ki, 75 nəfər bitərəf qalıb, 3 nəfər əleyhinə, 1 nəfər lehinə səs verib.

Siyasi çoxluq - "Mənim adımım" fraksiyası səsvermədə bitərəf qalıb, "Çiçəklənən Ermənistan" müxalifət fraksiyası iclasda iştirak etməyib, "Parlaq Ermənistan" fraksiyası isə əleyhinə səs verib.

Səsvermə razılaşdırılmış bir ssenariyə əsasən baş tutub. 20 iyunda keçirləcək erkən seçkilərlə əlaqədar baş nazir vəzifəsindən istefa verən Paşinyan hazırda bu vəzifəni müvəqqəti icra edir. Parlamentdəki səsvermə isə növbədənkənar seçkilərin baş tuta bilməsi üçün prosedur xarakteri daşıyır. Paşinyan indi baş nazir seçilmir, bir həftə sonra parlament buraxılır və erkən seçkilər keçirilir.

Parlamentin buraxılmasından sonra prezident erkən parlament seçkilərində səsvermə tarixini rəsmi olaraq təyin edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  





Xəbər lenti