Ermənistan prezidentinə cinayət işi açıldı
Martın 30-da 53 vəkil Ermənistan prezidenti Armen Sarkisyanın ikili vətəndaşlığının gizlədilməsi ilə əlaqədar faktlar təqdim edib. Xüsusi İstintaq Xidməti cinayət işi açmaqdan imtina edib, vəkillər bu qərardan apellyasiya şikayəti veriblər.
Şikayət əsasında Baş prokurorluq Cinayət Məcəlləsinin 325-ci maddəsinin 1-ci hissəsi (sənədlərin saxtalaşdırılması, onların reallaşdırılması və ya istifadəsi) səbəbindən qərarı ləğv edib və cinayət işi başladılıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: ArmenSarkisyan