Azərbaycanla Litvanın ticarət dövriyyəsi artıb
Qeyd edilib ki, ölkələrimiz “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində də əməkdaşlıq edir. Qeyd olunub ki, Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya iqtisadi-ticarət əlaqələrinin dərinləşməsinə töhfə verir və bu platforma vasitəsilə müxtəlif sferalarda layihələrin həyata keçirilməsinə dəstək göstərilir.
M.Cabbarov ölkəmizin Litva ilə iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, 2020-ci ildə və bu ilin birinci rübü ərzində iki ölkə arasında ticarət dövriyyəsi artıb. Litvalı nazir qarşılıqlı iqtisadi əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb. Görüşdə iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub.
Azvision.az
Teqlər: Litva Azərbaycan