Türkiyədə koronavirusdan ölüm sayı 41 mini ötdü

Türkiyədə koronavirusdan ölüm sayı 41 mini ötdü
  04 May 2021    Oxunub:2142
Türkiyədə son sutka ərzində 347 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 24 min 733 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 4 milyon 900 min 121, pandemiya qurbanlarının sayı isə 41 min 191 nəfərə çatıb.

Türkiyədə indiyədək 4 milyon 515 min 819 pasiyent (son sutkada 68 min 183 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az



Teqlər: Türkiyə   Koronavirus  



Xəbər lenti