Koronavirusa yoluxanların sayı 154 milyonu keçdi

 Koronavirusa yoluxanların sayı 154 milyonu keçdi
  04 May 2021    Oxunub:1581
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 154 milyon 195 min 608 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 227 min 118 nəfərdir. İndiyədək 131 milyon 615 min 229 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 33 230 561 nəfər virusa yoluxub, 591 514 pasiyent dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 20 282 833 nəfərdə virus aşkar edilib. Xəstələrdən 222 408 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 14 791 434 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 408 829 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 656 007 yoluxma, 105 130 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 4 900 121 nəfər virusa yoluxub ki, onlardan 41 191-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti