Bill Qeyts həyat yoldaşından ayrılır

Bill Qeyts həyat yoldaşından ayrılır
  04 May 2021    Oxunub:1822
Amerikanın “Microsoft” korporasiyasının qurucusu Bill Qeyts və xanımı Melinda ayrıldıqlarını elan ediblər.
Azvision.az xəbər verir ki, bu barədə Qeyts “Twitter” hesabında paylaşım edib.

"Münasibətlərimizlə bağlı çox düşündükdən və çalışdıqdan sonra nikahımızı bitirmək barədə qərar verdik", - açıqlamadavurğulanıb.

Eyni zamanda, cütlük yaratdıqları xeyriyyə fondu çərçivəsində birlikdə çalışmağa davam edəcəklərini bildiriblər.

Bill Qeyts və Melinda 1994-cü ildə evləniblər. Onların üç övladı var. Qeytslər bildiriblər ki, onlar 27 il nikah zamanı üç gözəl uşaq böyüdüblər və bütün dünyada fəaliyyət göstərən xeyriyyəçilik fondu yaradıblar.

"27 illik evliliyimiz zamanı üç gözəl övlad böyütdük və bütün dünyada insanların sağlam, məhsuldar həyat sürməsinə kömək edən fond yaratdıq”.

Cütlük boşanmanın maliyyə tərəfini açıqlamayıb. Təxminən 130,5 milyard dollarlıq sərvəti olan Bill Qeyts “Forbes” jurnalına əsasən, dünyanın dördüncü ən varlı adamıdır. “Forbes” Melinda Qeytsi 2020-ci ilin sonunda dünyanın ən nüfuzlu beşinci qadını olaraq sıralayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BillQeyts  





Xəbər lenti