Erməni deputat: “Ovanisyan həbs edilməlidir”

  Erməni deputat: “Ovanisyan həbs edilməlidir”
  04 May 2021    Oxunub:1825
Ermənistan parlamentinin deputatı Gevorq Petrosyan müdafiə nazirliyinin keçmiş nümayəndəsi Artsrun Ovanisyanın cəzalandırılmasını tələb edib.
Azvision.az -ın məlumatına görə, erməni deputat parlamentdə çıxışı zamanı deyib ki, Ovanisyan 44 gün xalqı aldatmaqla məşğul oldu.

"44 gün xalqı aldadan, bu cür dezinformasiya yayanlar qanuna əsasən cəzalandırılmalıdırlar. O, hər gün "qalib gəlirik" deyərək yalan danışdı, müharibənin son günündə məlum oldu ki, biz hansı qələbədən danışırıq axı? Ordunun məğlub olması ortaya çıxdı".

Bundan əlavə, deputat xalqı aldadan məmurların mühakimə olunmasını təklif edib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ovanisyan   Həbs  





Xəbər lenti