İrəvanda Qandinin abidəsini təhqir edənin kimliyi bilindi

 İrəvanda Qandinin abidəsini təhqir edənin kimliyi bilindi
  04 May 2021    Oxunub:1931
İrəvanda Hindistanın siyasi və dini lideri Mahatma Qandinin abidəsini təhqir etməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyənləşib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl, aprelin 28-də axşam saatlarında İrəvanda naməlum şəxslər tərəfindən rəsmi açılışı hələ reallaşmamış Qandinin abidəsinin təhqir edilməsi barədə məlumat verilib.

Polis şübhəlinin 61 yaşlı İrəvan sakini olduğunu bildirib. O, mayın 3-də Maştotski polis şöbəsinə aparılıb və burada günahını etiraf edib.

Hadisə ilə bağlı ilkin araşdırma aparılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MahatmaQandi  





Xəbər lenti