Ermənistan rəhbərliyi Rusiya peyvəndini seçdi

  04 May 2021    Oxunub : 1941
 Ermənistan rəhbərliyi Rusiya peyvəndini seçdi
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan “Sputnik V” peyvəndi ilə vaksinasiya olunub.
Azvision.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Paşinyan dünən peyvənd vurdurub. O, hansı vaksinlə peyvəndlənməsi barədə deputatların suallarını cavablandırmasa da, Rusiya peyvəndini seçdiyi məlum olub.

Bundan əlavə, baş nazirin müavini vəzifəsini icra edən Mher Qriqoryan da “Sputnik V”lə peyvənd olunub.

Erməni mətbuatı yazır ki, hakimiyyət insanları təhlükəsizliyi ilə bağlı bəzi şübhələr olan "AstraZeneca" ilə peyvəndlənməyə məcbur edir, özləri isə keyfiyyətli rus peyvəndini seçirlər.

"Bunlar xalqın hökuməti olduğunu deyən hakimiyyətin seçki ərəfəsində "sosial ədalətin"in təzahürüdür".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: NikolPaşinyan