Polşada Hindistan ştammı aşkarlanıb

Polşada Hindistan ştammı aşkarlanıb
  04 May 2021    Oxunub:2906
Polşada koronavirusun Hindistan ştammı aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Adam Nedzelski bildirib.

Nazirin sözlərinə görə, Varşava və Katovis bölgələrində koronavirus ocaqları qeydə alınıb. Həmin regionlardan götürülmüş nümunələrdə 14-də hind mutasiyası təsdiqlənib.

"Bu yaxınlarda koronavirus infeksiyası əlamətləri olan bir diplomat və ailəsi Hindistandan Polşaya evakuasiya edildi. Diplomatın ailəsindən iki nəfərin Hindistan ştammına yoluxduğu barədə məlumatımız var", - nazir əlavə edib.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Hindistanştammı  





Xəbər lenti