Sarkisyan generalı işdən qovdu

Sarkisyan generalı işdən qovdu
  04 May 2021    Oxunub:3440
Ermənistan prezidenti Armen Sarkisyan Karen Abramyanı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edib.
Azvision.az xəbər verir ki, bu barədə Sarkisyanın mətbuat xidməti məlumat yayıb.

General-leytenant Abramyan 2020-ci ilin fevralına qədər Dağlıq Qarabağda mövcud olmuş separatçı rejimin “müdafiə naziri” postunu tutub. Həmin ilin iyun ayında Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini təyin edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: KarenAbramyan  





Xəbər lenti