Elnur Məmmədov XİN-də bu idarələrə nəzarət edəcək

 Elnur Məmmədov XİN-də bu idarələrə nəzarət edəcək
  04 May 2021    Oxunub:3436
Xarici İşlər Nazirliyində (XİN) struktur dəyişikliyi edilib.
Azvision.az -ın məlumatına görə, xarici işlər nazirinin yeni müavini Elnur Məmmədovun kurasiyasına daxil olan sahələr müəyyənləşdirilib.

Belə ki, E.Məmmədov XİN-in Amerika İdarəsi, Asiya İdarəsi, YUNESKO üzrə Milli Komissiyanın Daimi Katibliyi, Ümumi Katiblik, Linqvistika Təminat İdarəsi, Arxiv İdarəsi, Xüsusi Şöbə və İşlər İdarəsinin fəaliyyətinə nəzarəti həyata keçirəcək.

Daha əvvəl bu strukturlara nəzarət nazir müavini Fariz Rzayevə həvalə olunmuşdu.

Xatırladaq ki, Elnur Məmmədov ötən ay xarici işlər nazirinin müavini təyin edilib.

Azvision.az


Teqlər: XİN   Elnur-Məmmədov  





Xəbər lenti