FETÖ-nün “Afrika qolu”nun rəhbəri ələ keçirildi

FETÖ-nün “Afrika qolu”nun rəhbəri ələ keçirildi
  05 May 2021    Oxunub:2255
FETÖ terror təşkilatının “Afrika qolu”nun rəhbəri İbrahim Tatar İstanbulda saxlanılıb.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, terrorçu İstanbul Polis İdarəsinin kəşfiyyat və mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində Ümraniyə bölgəsində ələ keçirilib.

Onun FETÖ-nün kriptoqrafik xəbərləşmə sistemi olan “Bylock”dan istifadə etdiyi müəyyən olunub. Şübhəli şəxsin yaşadığı evdə axtarış aparılan zaman dörd mobil telefon, yaddaş kartları və təşkilata aid çoxlu sayda yazılı və rəqəmsal material götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: FETÖ   İbrahimTatar  





Xəbər lenti