Türkiyədə daha 336 nəfər koronavirusdan öldü

   Türkiyədə daha 336 nəfər koronavirusdan öldü
  05 May 2021    Oxunub:2078
Türkiyədə son sutka ərzində 336 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 28 min 997 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 4 milyon 929 min 118, pandemiya qurbanlarının sayı isə 41 min 527 nəfərə çatıb.

Türkiyədə indiyədək 4 milyon 554 min 037 pasiyent (son sutkada 38 min 218 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  



Xəbər lenti