Blinken Ukraynaya ikigünlük səfər edəcək

Blinken Ukraynaya ikigünlük səfər edəcək
  05 May 2021    Oxunub:2606
ABŞ-ın dövlət katibi Entoni Blinken Ukraynaya səfər edəcək.
Azvision.az xəbər verir ki, Blinken mayın 5-6-da Ukraynaya səfəri çərçivəsində Prezident Vladimir Zelenski, Baş naziri Denis Şmıqal və xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək.

Məlumata görə, görüşlərdə regional vəziyyət, ABŞ-Ukrayna münasibətləri, demokratiyanın inkişafı, insan haqları və digər məsələlər müzakirə ediləcək.

Bundan başqa, ABŞ dövlət katibinin Ukraynanın vətəndaş cəmiyyətinin üzvləri ilə görüşü də nəzərdə tutulur.

Azvision.az


Teqlər: ABŞ   Ukrayna   Blinken  



Xəbər lenti